Azərbaycan klubları dünya reytinqində: “Qarabağ” 81-ci pillədə
Günün kuponu – 18.07.2023
“Makkabi Hayfa” – “Hamrun” 1
İsrail təmsilçisi rəqib meydanında 4:0 hesabı ilə qələbə qazanmışdı. Cavab görüşünün də aşkar favoriti Hayfa klubudur. Lakin ola bilər ki, baş məşqçi əsas heyət üzvlərinə istirahət versin. Amma istənilən halda “Makkabi” Malta təmsilçisindən birbaş üstündür.
“Flora” – “Rakov” 2
“Qarabağ” II təsnifat mərhələsinə yüksəlsə, bu cütün qalibi ilə qarşılaşacaq. “Rakov” ilk görüşdə çətinliklə qələbə qazanmışdı – 1:0. Düşünürəm ki, Polşa klubu səfərdə daha rahat oynayacaq. Estonlara qələbə lazım olduğundan hücum futbolu nümayiş etdirəcəklər, qonaqlar bundan istifadə edə bilərlər.
“Şerif” – Farul” QOL/QOL
Rumıniya çempionu ilk görüşdə 1:0 hesabə ilə qələbə qazanıb. Bu cütün qalibini proqnozlaşdırmaq çətindir. Hər halda Moldova təmsilçisi növbəti mərhələyə yüksəlmək üçün əlindən gələni edəcək. “Şerif”i “Neftçi”dən yaxşı tanıdığımız Roberto Bordin çalışdırır. Hər iki tərəfin fərqlənmək imkanı ola bilər.