Günün kuponu – 17.09.2024

Günün kuponu – 17.09.2024

Qalatasaray – Qaziantep BB – 1

3-cü turdan təxirə salınmış bu oyunda Qaalatasaray qələbə qazanarsa, əzəli rəqibi Fənərbağçanı arxada qoyaraq liderliyə yüksələcək. “Cim-Bom” üçün bundan artıq nə qələbə motivasiyası ola bilər? Bu səbəbdən Qalatasarayın qələbəsinə inamım böyükdür.

Yanq Boyz – Aston Villa – 2,5 ÜST

Yanq Boyz bütün turnirlər daxil son 7 oyunda uduzmur. Çempionlar Loiqasının ilk turundakı rəqibi yetərincə iddialı Aston Villa olsa da, isveçrəlilərin asanlıqla təslim olacağını gözləmirəm. Hıər iki komandanın hücum potensialını nəzərə alsaq, matçın 2,5 üst bitmə ehtimalı yüksəkdir.

Bayern – Dinamo Zaqreb – 1-ci hissə – Bayern

Çempionlar Liqasının əbədi favoritlərindən sayılan Bayern yeni mövsümə qələbə ilə başlamaq iddiasındadır. Bizim Qarabağı bu turnirdən kənarlaşdıran Zaqreb “Dinamo”su isə çətin ki, Münhen klubunun qarşısını ala bilsin. Bayernin artıq ilk yarıda qələbənin əsasını qoyacağını düşünürəm.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Olmo sıradan çıxdı

Növbəti yazı

Sürpriz kupon – 17.09.2024