Günün kuponu – 17.08.2023

Günün kuponu – 17.08.2023

“Hakken” – “Zalqiris Vilnius” QOL/QOL
Səfərdə 3-1 hesablı qələbə qazanan meydan sahibləri evdəki matçda da uğurlu çıxış etməyə çalışacaq. Litva klubunun ilk oyunda zəif oyunu gözlənilməz alınıb. “Hakken” müdafiədə etibarlı oynadığına görə məhsuldar nəticəyə inanmıram.

“Genk” – “Olimpiakos” 1
Doğma meydanda 1-0 hesablı qələbə qazanan Yunanıstan klubu səfərə böyük ümidlərlə yollanıb. Azarkeşlərimizə yaxşı tanış olan “Genk” revanş almağa qadirdi. Minimal hesablı qələbə cütün taleyini həll etmir. Ona görə duelin güclüsü Belçikada məlum olacaq.

“Beşiktaş” – “Neftçi” QOL/QOL
Yenilənməkdə olan Azərbaycan klubu çox sıx təqvimdə çıxış edir. 8 gün ərzində 3 oyun keçirmək təmsilçimiz üçün əsl bayram yaradır. Meydan sahiblərinin əsas heyətə istirahət verəcəyini düşünürəm. Adrian Mutunun komandasının meydanı qolsuz tərk edəcəyinə inanmıram.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Silva daha 3 il “Mançester Siti”də

Növbəti yazı

Sürpriz kupon – 17.08.2023