Günün kuponu – 17.06.2023

Günün kuponu – 17.06.2023

Azərbaycan – Estoniya – 2,5 ALT

Hər iki komanda AVRO-2024-ün seçmə mərhələsinə uğursuz başlayıb. Amma estonlar bizim komandadan fərqli olaraq 2 yox, bir oyun keçirib. Həm Azərbaycan, həm də Estoniya millisi bir-birinə potensial xal mənbəyi kimi baxır. Ona görə matçın hər iki tərəf üçün ağır keçəcəyini təxmin edirəm. Oyunda bol qol olacağına inanmıram.

Farer adaları – Çexiya – 2

Qrupda ilk 2 oyundan 4 xal toplayan Çexiya Polşa millisi ilə 1-ci yer uğrunda mübarizə aparır. Farerlə görüşdə xal itkisi çexləri liderlikdən endirə bilər. Məncə, bu matçda sürpriz qeydə alınmayacaq. Çexiya qələbə qazanaraq qrupda liderliyini davam etdirəcək.

Belçika – Avstriya – 1-ci hissə cüt şans 12

Biizm milli komandanın da yer aldığı qrupun liderləri qarşılaşır. Hər iki komandanın hücum potensialı yüksəkdir. Fikrimcə, matçın artıq ilk yarısında hesab açılacaq və fasiləyə tərəflərdən biri hesabda öndə yollanacaq.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

“İnter”də ayrılıq

Növbəti yazı

Sürpriz kupon – 17.06.2023