Sürpriz kupon – 17.06.2023
Azərbaycan- Estoniya – künc zərbələri 1-ci hissə – Azərbaycan
Seçmə mərhələnin ilk 2 turunda 9 qol buraxan Azərbaycan yığması bu görüşdə qələbə üçün var gücünü ortaya qoyacaq. Fikrimcə, millimiz oyun başlayan kimi rəqib müdafiəsinə təzyiq göstərəcək, pressinq edəcək. Bu isə kornerlərin yaranma ehtimalını artırır. İlk yarıda Azərbaycanın daa çox künc zərbəsi qazanacağının əmsalı 1, 71-dir, məncə, bunu dəyərləndirmək olar.
Monteneqro – Macarıstan – 1-ci hissə cüt şans 12
Bu komandalar indiyədək 3 dəfə yoldaşlıq oyunlarında qarşılaşsalar da, rəsmi matçlarda ilk dəfə üz-üzə gələcək. 3 yoldaşlıq matçının 2-də Monteneqro qalib gəlib, biri isə he-heçə bitib (3:3). Hər 3 matçda qarşılıqlı qollar qeydə alınıb. Bu oyunda da 2,5 və ya qol/qol variantına mərc etmək olar. Amma mən fərqli varianta – 1-ci yarının heç-heçə bitməyəcəyinə mərc edirəm.
Albaniya – Moldova – künc zərbələri 1-ci hissə – Albaniya
Albanlar seçmə mərhələyə Polşaya uduzmaqla başlayıb – 0:1. Moldova millisi isə Farer adaları və hamını təəccübləndirərək Çexiya ilə heç-heçə oynayıb. Albaniyanın qələbəyə böyük ehtiyacı olsa da, ola bilsin, moldovanlar növbəti sürprizi etsin. Ona görə oyun 1 variantına ehtiyatla yanaşıram. Amma albanlıarın hücumda oynayacağını nəzərə alıb, korner sayına rahatlıqla mərc edirəm. Məncə, həm oyun ərzində, həm də ilk yarıda meydan sahibləri daha çox künc zərbəsi yerinə yetirəcək.