Günün  kuponu – 15.11.2021

Günün  kuponu – 15.11.2021

Şimali İrlandiya – İtaliya – ÜST2.5

Avropa çempionu İtaliya ötən turda doğma meydanda İsveçrə ilə 1-1 oynadı. Roberto Mançininin komandası bununla qrupda vahid lider olmaq şansından istifadə etmədi. Son turda İtaliya millisi mütləq qələbə qazanmalıdı. Digər tərəfdən Şimali İrlandiya evdə kifayət qədər inamlı təsir bağışlayır. Fikrimcə 3 topun vurulacağı görüşdə qonaqlar sevinəcək.

İsveçrə – Bolqarıstan – ÜST2.5

C qrupunda İtaliya millisi ilə eyni xal toplayan İsveçrə son turda ancaq qələbə üçün meydana çıxacaq. Çünki Şimali İrlandiya – İtaliya görüşündə sürpriz qeydə alınsa isveçrəlilərin lider olmaq şansı yaranır. Bolqarıstan millisi son oyunlar meydanı qolsuz tərk etmir. Fikrimcə ən azı 3 qol izləyəcəyik.

İsrail – Farer adaları – ÜST2.5

İsrail millisi qrupdan çıxmaq şansını çoxdan itirib. Ötən turda Avstriyaya 2-4 hesabı ilə uduzan meydan sahibləri bu dəfə doğma azarkeşləri önündə bəraət almağa çalışacaq. Qələbə sayəsində İsrail qrupu 3-cü yerdə başa vuracaq. Zəif rəqibə 3 qol vurmaq İsrail üçün çətin olmamalıdı.

Şimali İrlandiya – İtaliya – ÜST2.5 – 1.66

İsveçrə – Bolqarıstan – ÜST2.5 – 1.34

İsrail – Farer adaları – ÜST2.5 – 1.62

CƏMİ: 3.60

Sənan Şəfizadədən ən son “Günün Kuponu”

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Xorvatiya yığması DÇ-2022-də, Rusiya pley-offda

Növbəti yazı

Sürpriz kupon – 15.11.2021