Sürpriz kupon – 15.11.2021
Şimali İrlandiya – İtaliya – 2
Futbolda sürprizlər az olmur. Bununla belə İtaliya yığmasının son turda sürprizə səbəb olacağını düşünmək istəmirəm. Mançininin komandasının qələbə əmsalı az olsa belə qonaqların uğur qazanacağını düşünürəm.
Albaniya – Andorra – ALT2.5
Andorra millisinin oynadığı bütün matçlardan məhsuldar nəticə gözləyənləri qınamıram. Lakin zəiflər də bəzən ümidləri doğrultmaya bilər. Son turda heç nəyi həll etməyən görüşdə riskli seçim edirəm.
İsveçrə – Bolqarıstan – QQ
Son altı matçda Bolqarıstan meydanı qolsuz tərk etməyib. Bu komanda hətta güclü rəqiblərlə matçda belə hücum etməyi bacarır və həlledici zərbəni vurur. İsveçrənin qələbə qazanacağını düşündüyümüz görüşdə hər iki yığmadan qol gözləyirəm.
Şimali İrlandiya – İtaliya – 2 – 1.23
Albaniya – Andorra – ALT2.5 – 2.15
İsveçrə – Bolqarıstan – QQ – 2.55
CƏMİ: 6.74