Günün kuponu – 15.04.2022
“Milan” – “Cenoa” 1 [nowbetnow-dynamic dyn_code=1298]
A seriyasında turnir cədvəlinə başçılıq edən “Milan” 2 oyundur ki, qələbə qazana bilmir. Bu dəfə rəqib elitada qalmağa çalışan “Cenoa”dır. Qarşısına çempionluq məqsədi qoyan klubun belə oyunda büdrəməyə haqqı yoxdur. “İnter”lə “Napoli” dabanqırma “Milan”ı izləyirlər. Meydan sahiblərinin heyətində İbrahimoviçlə Romanyolinin meydana çıxması sual altındadır.
Son 3 oyunda “Milan” “Cenoa”nı məğlub edə bilib. Bu dəfə də favorit Piolinin komandasıdır.
“Spetsiya” – “İnter” 2 [nowbetnow-dynamic dyn_code=1296]
“İnter” son iki matçda qalib gələrək ehtiyatında bir oyun olduğu üçün potensial liderə çevrilib.
“Spetsiya”nın demək olar ki, A seriyasını tərk etmək təhlükəsi yoxdur. Komanda çempionatın sonuna kimi oyunlara rahat çıxa bilər.
“İnter”i bu matçdan sonra İtaliya kubokunun yarımfinalında “Milan”la görüş gözləyir. Amma indiki məqamda çempionat daha vacibdir Ötən mövsüm “Spetsiya” öz meydanında “İnter”dən xal ala bilmişdi. İnzaqinin komandası bu dəfə sensasiyaya imkan verməməlidir.
“Renn” – “Monako” qol/qol [nowbetnow-dynamic dyn_code=1297]
Fransa Liqa 1-də turun ən önəmli oyunlarından biri cümə günü keçiriləcək. Çempionlar Liqasına vəsiqə uğrunda “döyüşən” “Renn” son oyunda “Reyms” üzərində çətinliklə qələbə qazandı.
“Monako” isə ardıcıl 3 turdur qalib gəlir. Və bu qurbanlar arasında 0:3 uduzan PSJ də var.
Bu komandalar arasında son 10 oyun qol/qolla nəticələnib. Düşünürəm ki, bu dəfə də hər iki komandanın fərqlənmək imkanları olacaq.