Günün kuponu – 14.07.2022

Günün kuponu – 14.07.2022

“Riqa” – “Derri Siti” – ALT2.5

UEFA Konfrans Liqasında ilkin seçmə mərhələdə Latviya təmsilçisi İrlandiya klubunu qəbul edir. İlk matçda “Riqa” səfərdə 2-0 hesablı qələbə qazanıb. Səfər matçda meydan sahiblərinin şansı yüksək qiymətləndirilir. Bununla belə “Derri Siti”nin meydanı qolsuz tərk edəcəyinə inanmıram.

“Payde” – “Dinamo Tbilisi” – ÜST2.5

Konfrans Liqasında ilk mərhələnin birinci oyunu kifayət qədər məhsuldar alınıb. Estoniya təmsilçisi səfərdə 3-2 hesablı qələbə qazanıb. Əksər azarkeşlər gürcülərin belə məğlub olacağını gözləmirdi. İlk oyunun hesabı cütün taleyini həll etmir. Fikrimcə Estoniyadakı matçda da ÜST2.5 qeydə alınacaq.

“Reykyavik” – “Poqon” – Q/Q

Polşa təmsilçisi ilk oyunda 4-1 hesablı inamlı qələbə qazanıb. “Reykyavik”in doğma meydanda oynamasına baxmayaraq revanş alacağı inandırıcı görünmür. Evdə oynamasına rəğmən “Poqon”un daha etibarlı müdafiəyə sahib olduğunu unutmamalıyıq.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

“Nyukasl” İsakı istəyir

Növbəti yazı

Sürpriz kupon – 14.07.2022