Günün kuponu – 13.07.2023

Günün kuponu – 13.07.2023

“Heqelmann” – “Şkupi” 2
UEFA Konfrans Liqasında I təsnifat mərhələsinin oyunlarına start verilir. Lirva təmsilçisi “Heqelmann” öz meydanında Makedoniya “Şkupi”sini qəbul edəcək. Ötən mövsüm yerli liqada 2-ci yeri tutan “Şkupi” demək olar ki, hər il avrokuboklarda mübarizə aparır. “Heqelmann” isə tarixində ilk dəfə avrokuboklarda iştirak edəcək. Belə oyunlarda təcrübə çox önəmlidir.

“Torpedo” (Kutaisi) – “Sarayevo” QOL/QOL
“Sarayarvo” ötən mövsüm Bosniya və Herseqovina çempionatında 4-cü yeri tutub və Konfrans Liqasına vəsiqə qazanıb. Kutaisi təmsilçisi son olaraq 2019-2020-ci illər mövsümündə avrokuboklarda iştirak edib. Komandaların təxmini səviyyəsi bərabərdir.

“Şkendiya” – “Haverforduest” “Şkendiya” qalib gələcək və 2,5 ÜST
Uels klubları avrokuboklarda zəif bəndlərdən hesab olunurlar. “Şkendiya” isə hər il beynəlxalq arenaya vəsiqə qazanır. Bu görüşdə də Makedoniya klubu öz meydanında aşkar favoritdir. “Şkendiya” matçı böyük hesabla da öz xeyirinə başa vura bilər.

Elnur Məmmədli

Elnur Məmmədli 1978-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin məzunudur. 1999-cu ildən mətbuatdadır. 1999-2001-ci illərdə "Futbol+"qəzetində reportyor kimi fəaliyyət göstərib. 2005-ci ildən televiziyada işləyir. 2005-2007-ci illərdə ANS TV-də idman xəbərlərinin aparıcısı olub. 2007-2015-ci illərdə Azərbaycan Televiziyası və İdman Azərbaycan kanalında aparıcı, şərhçi kimi çalışıb. 2005-ci ildən indiyə kimi CBC Sport-da aparıcı və şərhçi kimi fəaliyyət göstərir. Dünya və Avropa çempionatlarının, Çempionlar Liqasının, milli komandamızın seçmə mərhələdəki oyunlarını şərh edib.

Əvvəlki yazı

Hendersona “Əl İttifaq”dan təklif

Növbəti yazı

Sürpriz kupon – 13.07.2023