Günün kuponu – 12.08.2022
“Osasuna” – “Sevilya” 2
İspaniya La Liqasında yeni mövsümə start verilir. Ötən çempionat 4-cü yeri tutan “Sevilya” startı səfərdə “Osasuna”ya qarşı verəcək.
“Osasuna” ötən mövsüm 10-cu olmuşdu ki, bu da məhdud büdcəli klub üçün yaxşı nəticədir.
“Sevilya” yoldaşlıq oyunlarında “Anje”yə 6:0 qalib gəlsə də, “Arsenal”a eyni hesabla uduzub.
Bu mövsüm də iddialı olacağı gözlənilən Lopeteqinin komandası cütün favoritidir.
“Frayburq” – “Borussiya Dortmund” QOL/QOL
Dortmund çempionata Leverkuzen üzərində minimal hesablı qələbə ilə başladı. Haalandsız “Borussiya”nın bu mövsüm necə təsir bağışlayacağı böyük maraq doğurur.
“Frayburq” isə 1-ci turda “Ausburq”u səfərdə darmadağın etdi – 4:0.
Bu komandaların oyunları adətən bol qollu alınır. Bu dəfə də hər iki tərəfin fərqlənəcəyini güman edirəm.
“Vidzev Lodz” – “Legiya” 2
Mahir Emrelinin sabiq klubu “Legiya” 4 oyundan sonra 7 xalla 6-cı yeri tutur. “Legiya” “Krakoviya”ya 0:3 hesablı məğlubiyyətdən sonra ötən tur “Piast” üzərində qələbə qazandı.
“Vidzev” isə 4 oyuna dörd xal yığa bilib.
Bu komandalar arasında son 5 oyunun dördündə “Legiya ” qalib gəlib.