Sürpriz kupon – 12.08.2022

Sürpriz kupon – 12.08.2022

“Sarpsborq” – “Budo Qlimt” QOL/QOL
“Budo Qlimt” Çempionlar Liqasında “Dinamo Zaqreb”lə pley-off oyununu düşündüyündən ola bilər ki, əsas heyətə şans verməsin. Amma bu komanda əvəzediciləri ilə də rəqibindən güclüdür.
Maraqlıdır ki, “Sarpsborq” son 3 oyunun hamısında “Budo Qlimt”ə qol vurmağı bacarıb.

“Sannefyord” – “Rusenborq” 2
“Rusenborq”un bu mövsüm də çempion olmaq şansı azdır. Komanda lider “Mölde”dən 11 xal geri qalır. “Rusenborq” son 3 görüşdə “Sannefyord”u məğlub edib.

“Trabzonspor” – “Hatayspor” 1
Son çempion öz meydanında “Hatayspor”la matçın favoritidir. Abdullah Avcının komandası ötən mövsüm Hatay klubunu səfərdə məğlub edə bilməyib – 1:1. Lakin “Trabzonspor” öz meydanında böyük azarkeş dəstəyi ilə istənilən rəqibi “devirə” bilir.

Elnur Məmmədli

Elnur Məmmədli 1978-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin məzunudur. 1999-cu ildən mətbuatdadır. 1999-2001-ci illərdə "Futbol+"qəzetində reportyor kimi fəaliyyət göstərib. 2005-ci ildən televiziyada işləyir. 2005-2007-ci illərdə ANS TV-də idman xəbərlərinin aparıcısı olub. 2007-2015-ci illərdə Azərbaycan Televiziyası və İdman Azərbaycan kanalında aparıcı, şərhçi kimi çalışıb. 2005-ci ildən indiyə kimi CBC Sport-da aparıcı və şərhçi kimi fəaliyyət göstərir. Dünya və Avropa çempionatlarının, Çempionlar Liqasının, milli komandamızın seçmə mərhələdəki oyunlarını şərh edib.

Əvvəlki yazı

Günün kuponu – 12.08.2022

Növbəti yazı

Mirançuk Turində