Günün kuponu – 12.05.2022

Günün kuponu – 12.05.2022

“Real Madrid” – “Levante” ÜST 2.5 [nowbetnow-dynamic dyn_code=1414]

Hər iki komanda məhsuldar oyunu ilə seçilir. “Real” son matçda Madrid derbisində “Atletiko”ya uduzsa da, əla formadadı. “Levante” isə qeyri-sabit çıxış etsə də, La Liqada qalmaq üçün mübarizə aparır və bu dəfə yalnız müdafiəni yox, hücumu da düşünməlidi.

“Tottenhem” – “Arsenal” QOL/QOL [nowbetnow-dynamic dyn_code=1415]

London derbisində bukmekerlər meydan sahiblərini favorit sayır. “Arsenal” qalib gələcəyi təqdirdə Çempionlar Liqasında vəsiqəni təmin edəcək. Amma Premyer Liqada son 4 oyunda qalib gələn Artetanın komandası 15 matçdır bu rəqiblə səfər qarşılaşmalarında zəfər çala bilmir. “Tottenhem”ə bu oyun çox vacibdi, komanda ÇL şansını itirməmək üçün qələbə qazanmalıdı.

“Arsenal” isə müdafiədə inamlı oyunu ilə seçilməsə də hücum potensialına güvənə bilər.

“Real Sociedad” – “Kadiz” 1 [nowbetnow-dynamic dyn_code=1416]

Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan meydan sahiblərinə qələbə lazımdı. Çünki, ən yaxın izləyici Villareal cəmi 3 xal geridədi.

“Kadiz” İspaniya futbolunun nəhəngləri ilə sınaqlardan uğurla keçsə də, Sequndaya yuvarlanmaq ehtimalı hələ də var.

Amma San Sebastyandakı qarşılaşmada doğma meydan amilinin həlledici olacağını düşünürəm.

Anar Şabanoğludan ən son “Günün Kuponu”

Anar Şabanoğlu

İdman jurnalistikasını izləyənlər 23 ildir Anar Şabanoğlu imzası ilə tanışdır. Anar Şəban oğlu Səid 1982-ci ildə Gədəbəy şəhərində dünyaya gəlib. Gənc yaşlarından ölkənin ən populyar idman qəzeti "Futbol+"də bu sahədə fəaliyyətinə başlayıb. "İdman", "Futbol+qol" və "Sovetskiy Sport" nəşrləri ilə əməkdaşlıq edib. Ölkəmizin əksər aparıcı qəzetləri və idman saytlarında yazıları çıxıb. CBC Sport yaranandan bu telekanalda çalışıb. "Neftçi" Peşəkar Futbol Klubunun mətbuat katibi olub. 2021-ci ildə Azərbaycanda ilin idman jurnalisti seçilib

Əvvəlki yazı

Avrokubokların final matçlarının hakimləri açıqlandı

Növbəti yazı

Sürpriz kupon – 12.05.2022