Günün kuponu – 12.02.2024
Yuventus – Udineze 1
Lider “İnter”dən 7 xal geri qalan “Qoca Sinyora” ötən tur “Neradzura”ya məğlub olub. Son iki turda cəmi 1 xal qazanan “Yuve”ni evdə ancaq qələbə razı sala bilər. Ciddi itkilərə baxmayaraq ‘Qoca Sinyora”nın 3 xal qazanacağını düşünürəm.
Kəpəz – Səbail QOL/QOL
Azərbaycan Cempionatında sürpriz nəticələr cari mövsüm çox oldu. Ölkə kubokuyla vidalaşan Bakı klubu Qəbələdə 3 xal qazanmağa çalışacaq. Amma Şahin Diniyevin dedikləri özünü göstərir. Artıq komanda gücünü bərpa etməkdə çətinlik çəkir. Ehtiyat skamyanın kiçik olması problemləri üzə çıxarır. Fikrimcə bu matçda tərəflər məhsuldar heç-heçəyə nail olacaq.
Sent Etyen – Trua 1
Fransa ikinci liqasında işləri yaxşı getməyən iki komanda üz-üzə gələcək. 32 xalla 12-ci sırada olan meydan sahibləri ardıcıl iki məğlubiyyətdən sonra toparlanmağa çalışır. Aşağı pillələrdə qərarlaşan “Trua”nı səfərdə kifayət qədər ciddi sınaq gözləyir.