Sürpriz kupon – 12.02.2024
Trabzonspor – Hatayspor 1
Trabzon təmsilçisi böhran vəziyyətindədir. Superliqada 5 tur qələbəyə həsrət olan meydan sahibləri xal itirməkdə davam edir. Ötən tur “Beşiktaş”a uduzan trabzonlular indi uğursuz rəqibi qəbul edəcək. Son iki ildə məğlub olduğu Hatay təmsilçisinə qarşı matçda “Trabzonspor”un qələbə qazanacağını düşünürəm.
Kayserispor – Beşiktaş 2,5 ÜST
Liderlər “Qalatasaray”la “Fənərbaxça”dan uzaq düşən “Beşiktaş”ın əsas məqsədi ilk üçlükdə yerini qorumaqdır. Meydan sahibləri isə mövsümün sonuna qədər turnir cədvəlinin ortalarında qərarlaşmağı düşünür. Altı əsas futbolçusu olmayacaq “qara qartallar”dan qələbə gözləmək risklidir.
Samsunspor – Antalyaspor 1-ci qol – Antalyaspor
Dördüncü pillədən 4 xal geri qalan Antalya təmsilçisi 2015-ci ildən sonra “Samsunspor”a uduzmayıb. Meydan sahiblərinin ehtiyatlı oynayacağını düşünürəm. Sürpriz kuponda ilk qolun qonaqlar tərəfindən vurulacağını fikirləşirəm. Həm də bu seçimə 2.10 əmsal kifayət qədər cəlbedicidir.