Haaland dayanmaq bilmir
“Mançester Yunayted”in hücumçusu Erlinq Haalandı dayandıran tapılmır. Forvard Premyer Liqanın startında keçirdiyi 50 matçda 51 qol vurub.
Futbolçu İngiltərə çempionatının 24-cü turunun “Everton”la matçında (2:0) dubla imza atıb. Turnirdə qollarının sayını 51-ə çatdıran norveçlinin bu uğuru rekorddur.
Qeyd edək ki, Haaland bu mövsüm Premyer Liqada 18 matçda 16 qol vuraraq bombardirlər siyahısına başçılıq edir.