Günün kuponu – 12.01.2022
Ekvatorial Qvineya – Fil Dişi Sahili – 2
Fil Dili Sahili yığması Didye Droqbanın dövründə olduğu kimi fantastik təsir bağışlamasa da, hər halda bu matçın favoritidir. Afrika Millətlər Kubokunun son çempionu Əlcəzairin də bu qrupda yer aldığını nəzərə alsaq, “fillər” ilk 2 yerdən birini tutmaq üçün autsayderə mütləq qalib gəlməlidir.
“Barselona” – “Real Madrid” – 2
El klassiko bu dəfə nə Barselona, nə də Madriddə deyil, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tutacaq. Yeni reqlamentlə keçirilən və daha çox mini-turniri xatırladan İspaniya Superkubokunun yarımfinal və final görüşləri məhz Ərəbistanda oynanılacaq. Messinin gedişindən sonra demək olar ki, çökən, üstəlik əsas oyunçularından bir çoxu zədəli olan “Barsa”nın hazırda yaxşı formada olan əzəli rəqibinin qarşısında davam gətirəcəyi inandırıcı görünmür. “Real” qələbə üçüm belə ideal şansı əldən verməz. Təbii ki, oyunun taleyini əlavə vaxta daşımasalar.
Mavritaniya – Qambiya – 2,5 alt
Afrikanın bu tip komandalarının oyunlarında 2-dən artıq qol vurulması az qala “toy-bayram” kimi qeyd olunur. Afrika Millətlər Kubokunda qrupun ilk matçı olduğundan tərəflər çox güman ehtiyatlı oyuna üstünlük verəcək. 2,5 alt ən real görünən variantdır.