Sürpriz kupon – 12.01.2022

Sürpriz kupon – 12.01.2022

“Barselona” – “Real Madrid” – qol /qol

İspaniya Superkubokunun ilk finalçısı Səudiyyə Ərəbistanında keçiriləcək bu oyunla müəyyənləşəcək. “Barselona” nın hazırki vəziyyətinə görə “Real”ın matçın aşkar favoriti sayılması normaldır. Amma katalonlar istənilən vəziyyətdə el klassikoda sona qədər “döyüşəcək”. Fikrimcə, tərəflər İspaniyadan Ərəbistana darıxdırıcı oyun göstərməyə gəlməyib. Maraqlı və azı 3 qolun vurulacağı oyun olacağını düşünürəm.

“Vest Hem” – “Norviç” – 2,5 üst

18-ci turdan təxirə salınan bu oyunda “Vest Hem” premyer liqanın hazırda ən zəif komandası olan “Norviç” i qəbul edir. “Norviç” 19 oyunda cəmi 8 qol vursa da, buraxdığı topların sayı bundan 5 dəfə çoxdur – 42 qol. “Vest Hem” top balansı isə 37-27-dir. Mən yox, amma rəqəmlər, statistika bu oyunun 2,5 üst gələcəyinə işarə verir.

Ekvatorial Qvineya – Fil Dişi Sahili – 2,5 üst

Afrika Millətlər Kubokunda məhsuldar oyun tapmaq bəzən “samanlıqda iynə axtarmaq” kimidir. Amma məncə, axtardığımız 2,5 üst elə bu oyundadır. Droqba, Jervinyo, Kalu kimi olmasa da, hər halda Fil Dişi Sahilinin qol vurmağı bacaran, Avropa klublarında çıxış edən hücumçuları var.

İlkin Fikrətoğludan ən son “Sürpriz Kupon”

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Günün kuponu – 12.01.2022

Növbəti yazı

“Borussiya”da yeni müqavilə