“Filadelfiya”da yeni rekordçu
Coel Embiid “Filadelfiya”nın tarixinə düşüb. Mərkəz oyunçusu ardıcıl 9-cu səfər oyununda 30 və ya daha çox xal toplayıb.
Bu, “Siksers”in tarixində yeni rekorddur. Coelə qədər rekord Allen Ayversona məxsus idi. O, 8 səfər matçında belə məhsuldar çıxış edib.
Embiidin rekordu “Hyuston”la matçda rəsmiləşib. O, 111:91 hesablı qələbəyə 31 xal, 8 ribaund, 6 ötürmə və 2 blok-şotla töhfə verib.
Coel ümumilikdə son 7 oyunda 30 və ya daha çox xal yığır. O, bu göstəricidə klub tarixinin rekordçuları Uilt Çamberlen və Allen Ayversona çatıb.