Günün kuponu – 06.10.2024

Günün kuponu – 06.10.2024

Aston Villa – Mançester Yunayted ÜST2.5
Əvvəlki əzəmətini itirən “Mançester Yunayted” ardıcıl dörd matçda qələbəyə həsrət qalıb. Meydan sahibləri isə Çempionlar Liqasında “Bavariya”ya qalib gəlməklə sürprizə səbəb olub. Bu komandaların son iki ildə baş tutan duellərində məhsuldar nəticə qeydə alınıb. Fikrimcə bu oyunda “qol yağışı” izləyəcəyik.

Brayton – Tottenhem QOL/QOL
İngiltərə Premyer Liqasında qonşu pillələrdə qərarlaşan komandaları bir-birindən cəmi 1 xal ayırır. Maraqlıdır ki, “Brayton” ötən 5 ayda evdə uduzmayıb. Meydan sahiblərinin məhsuldar heç-heçəyə nail olacağını düşünürəm.

Fiorentina – Milan 1-ci hissə ÜST1.5
A seriyasında ilk 6 turda rəqib qapısına ən çox qol vuran klublardan biri “Milan” səfərdə “Fiorentina”nın qonağı olacaq. Çempionlar Liqasında əvvəlcə “Liverpul”a, ardınca “Bayer”ə uduzan rossonyerlər azarkeşləri qarşısında bəraət almağa çalışacaq. Fikrimcə “Milan” bu matçı uduzmayacaq və ilk hissədə artıq üstünlüyünü hesabda əks etdirməyə nail olacaq.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Halanda İspaniyadan müştəri

Növbəti yazı

Sürpriz kupon – 06.10.2024