Günün kuponu – 04.03.2022
“İnter” – “Salernitana” – 1
Çempionlar Liqası ilə birgə 5 oyundur qələbə qazana bilməyın “İnter, həm də 4 görüşdür qol vurmur. Bu dəfə rəqib A seriyasında sonuncu yeri tutan “Salernitana” olduğundan Milan klubu bütün acığını autsayderdən çıxa bilər.
Son 4 oyunda uduzmayan “Salernitana” hətta 1 tur əvvəl “Milan”la bərabərə qalmışdı. “Salernitana” son qələbəsini yanvarın 9-da “Verona” üzərində əldə edib.
“İnter” bu oyunda da xal itirsə, artıq çempionluq barədə düşünməyə bilər.
“Midtülland” – “Viborq” – 1
“Midtülland” Avropa Liqasını da nəzərə alsaq, 3 oyundur qələbə qazana bilmir. Komanda artıq avrokuboklarda mübarizəni dayandırdığından bütün diqqətini daxili arenaya yönəldə bilər.
“Viborq” qış fasiləsindən sonra bir oyunda qələbə qazanıb, son turda isə çempion “Kopenhagen”ə uduzub. Birinci dövrədə “Viborq” öz meydanında “Midtülland”a 0:2 hesabı ilə məğlub olmuşdu. Bu dəfəki qarşılaşmada da favorit meydan sahibləridir.
“Alaves” – “Sevilya” – 2
“Sevilya” “Alaves” səfərinə yüksək əhval-ruhiyyədə gedir. Lopeteginin komandası son turda derbidə “Betis” üzərində qələbə qazanıb – 2:1. Lider “Real Madrid”dən 6 xal geri qalan Andalusiya klubu sonadək çempionluq uğrunda mübarizə aparmağa çalışacaq.
La Liqada qalmaq istəyən “Alaves” artıq hər matça sonuncu tur kimi çıxır. Mendilibarın komandası birinci dövrədə “Ramon Sançez Pisxuan”da “Sevilya”dan xal ala bilmişdi – 2:2. Özü də meydan sahibləri 90+2-ci dəqiqədə vurulan qolla məğlubiyyətdən qaçmışdılar. Bu oyun “Sevilya” üçün həm də revanş xarakteri daşıyır.