Sürpriz kupon – 04.03.2022
“Yeni Malatyaspor” – “Adana Dəmirspor” – 2
Adana klubunun bu mövsüm məqsədi avrokuboklara vəsiqə qazanmaqdır. Vinçentso Montellanın komandası son 3 oyunda 4 xal yığıb. Ancaq “Adana Dəmirspor” son turda “Antalyaspor”un qapısına yol tapa bilmədi – 0:0.
Malatya klubunda bu mövsüm 6 qol vuran Benjamin Tetteh zədə səbəbindən bir neçə turdur meydana çıxa bilmir. Turnir cədvəlində son pillədə olan Malatya təmsilçisinin Super Liqada qalması möcüzə olardı.
“Adana Dəmirspor” birinci dövrədə öz meydanında gözlənilmədən “Yeni Malatyaspor”a uduzmuşdu – 0:2. Bu dəfə Adana klubunun büdrəmək limiti yoxdur.
“Kopenhagen” – “Randers” – QOL/QOL
Son çempion “Kopenhagen” cari mövsümdə də turnir cədvəlinə başçılıq edir. Paytaxt klubu qış fasiləsindən sonra hər iki oyununu qələbə ilə başa vurub.
Konfrans Liqasında mübarizəni dayandıran “Randers” bu il rəsmi matçlarda qələbə qazana bilməyib.
Bu komandalar arasında son 6 oyunun beşində qarşılıqlı qollar vurulub. Bu dəfə də qol/qol gözləyirəm.
“Vitess” – “Sparta Rotterdam” – 1
“Vitess” “Rapid” üzərində qələbə qazanaraq Konfrans Liqasında mübarizəyə davam edir. Komanda son turda “Neymegen”i üstələdi.
“Sparta” Erediviziyada qalmaq üçün çarpışır. Rotterdam klubu axrıncı oyunda PSV-yə öz meydanında uduzub – 1:2. Birinci dövrədə “Sparta” doğma divarlar arasında “Vitess”dən xal ala bilmişdi.