Günün kuponu – 03.05.2023
“Mançester Siti” – “Vest Hem” – 1-ci künc zərbəsi “Mançester Siti”
Oyun 1-in əmsalı aşağı olduğundan heç mərc etməyə dəyməz. Seçdiyimiz variant isə 1, 32 əmsalla dəyərləndirlir. Qələbəyə oynayacaq “Siti”nin ilk dəqiqələrdən rəqibə təzyiq edəcəyi şübhə doğurmur. Məntiqlə aramsız hücumlar mançesterlilərə korner qazandırmalıdır. Ona görə oyunda ilk künc zərbəsini Qvardiolanın komandasının qazanacağını düşünürəm.
“Atalanta” – “Spezia” – 2,5 üst
Hər iki komanda üçün qələbə olduqca vacibdir. “Spezia” “düşmə zonası”nın bri addımlığındadır və xal qazanmasa, son “üçlüy”ə yuvarlana bilər. 7-ci sıradakı “Atalanta” isə Çempionlar Liqasına vəsiqə verən ilk “dördlüy”ü hədəfləyib. Məqsədlərinə çatmaq üçün komandalardan hücum futbolu gözləyirəm. Öz aralarındakı son 5 dueldə olduğu kimi bu qarşılaşmada da qapılara azı 3 qol vurulacağını təxmin edirəm.
“Liverpul” – “Fulhem” – 1-ci hissə cüt şans 12
Bu qarşılaşmanın bol qollu keçəcəyini düşünürəm. Seçdiyim variantın əmsalı (1.40) oyun 2,5 üstün əmsalından (1,38) çox olduğundan bu qərarı verdim. İlk yarını tərəflərdən birinin hesabda öndə bitirəcəyini təxmin edirəm.