Sürpriz kupon – 03.05.2023
“Latsio” – “Sassuolo” – 1ci hissə cüt şans 12
“Napoli”nin çempionluğu heç kimdə şübhə doğurmadığından 2-ci sırada yer alan “Latsio”nun əsas məqsədi ilk “dördlük”də yerini qorumaqdır. “Sassuolo” üçün bu mövsümlük heç bir hədəf qalmayıb. 1×2 variantı bu oyun üçün çox risklidir, ona görə ilk yarıda tərəflərdən birinin qələbəsinə mərc edirəm.
“Atalanta” – “Spezia” – 1ci hissə cüt şans 12
Bol qol gözlədiyim oyundur. Məntiqlə ilk yarıda hesab açılmalıdır. Fikrimcə, fasiləyə qədər hesabdakı bərabərlik pozulacaq.
“Brest” – “Nant” – 2
Sonuncu dəfə Liqa-1də fevralın 12də qələbə qazanan “Nant” 3 aya yaxındır qalibiyyət üzünə həsrətdir. 4 gün əvvəl Fransa Kubokunun finalında 2-ci liqa təmsilçisi “Tuluza”ya 1:5 hesablı ağır məğlubiyyət də digər tərəfdən azarkeşləri məyus edib. Amma bir fakt da var:”Nant” sonuncu dəfə Liqa-1 matçlarında “Brest”ə 32 il – 1991-də uduzub. Məncə, günün sürprizi elə bu oyunda qeydə alınacaq.