Günün kuponu – 03.01.2024
“Qranada” – “Kadis” – 2,5 ALT
La Liqanın hazırkı autsayderlərin duelləri ötən mövsümlərdə də məhsuldar keçməyib. Tərəflər arasında son 6 görüş 5-i heç-heçə olmaqla 2,5 altla bitib. Bu dəfə də heç-heçə variantına güvənmək olar. Amma daha “sığortalı” 2,5 alt variantını seçirəm.
“Real” (Madrid) – “Malyorka” – 2,5 ÜST
Kurtua və Militao istisna olmaqla “Real” zədəli oyunçuları sıraya qayıdıb. Amma onlarsız da “Kral Klubu” çətin ki, “Malyorka” ya şans verə. Fikrimcə, qonaqlar ən yaxşı halda bu oyunda qol və ya qollar vura bilər. Bu da 2,5 üst ehtimalını artırır.
PSJ – “Tuluza” – 1-ci hissə – PSJ
PSJ üçün 2024-cü ilə həm qələbə, həm titulla başlamağa əla fürsətdir. “Tuluza” bu mövsüm çox zəif çıxış edir. Fürsətdən istifadə edib ilə kubokla – Fransa Superkubokunu qazanmaqla başlamaq olar. Məncə, Mbappe və yoldaşları artıq ilk yarıda qələbənin əsasını qoyacaq.