Günün kuponu – 02.01.2023
“Vest Hem” – “Brayton” QOL/QOL
“Brayton” Premyer Liqada son 9 səfər oyununda 19 qol buraxıb. Hazırda çempionatda 8-ci yerdə gedən qonaqların müdafiəsi etibarlılığı ilə seçilməsə də, hücum potensialları zəif deyil. Qol/Qol variantını sınaya bilərik.
“Real Sosyedad” – “Alaves” 1
“Real Sosyedad” 9 oyundur uduzmur. Komandalar arasında son 5 oyundan cəmi birində “Alaves” 3 xal qazana bilib. Meydan sahiblərinin qələbə ehtimalı daha yüksəkdir.
“Reyncers” – “Kilmarnok” 1
“Reyncers” ənənəvi olaraq çempionluq uğrunda mübarizə aparır. Komanda lider “Seltik”dən 8 xal geridə olsa da, ehtiyatda 2 oyunu var. Fərqi aradan qaldırmaq üçün özü üçün rahat rəqib hesab edilən “Kilmarnok”la oyunda qalib gəlməlidi.