Günün kuponu – 01.09.2022
“Lester” – “Mançester Yunayted” 2
Cari mövsümə çox pis başlayan “Lester” 4 turdan son pillədə qərarlaşıb. Yayda heyəti gücləndirməyən meydan sahibləri təcrübəli amma nisbətən yaşlaşan futbolçulara güvənməkdə davam edir. İki məğlubiyyətdən sonra 2 qələbə qazanan “Mançester Yunayted” getdikcə özünə gəlməyə başlayır. Ronaldo və Kazemirolu Mançester təmsilçisinin qələbə qazanacağını düşünürəm.
“Atalanta” – “Torino” QOL/QOL
3 turdan sonra bərabər nəticə göstərən klublar hərəyə 7 xal toplayıb. Bu komandaların son 4 duelində 2 heç-heçə və “Torino”nun 2 məğlubiyyəti qeydə alınıb. Bu dəfə tərəflərin qollu bərabərliklə ayrılacağını düşünürəm.
“Bolonya” – “Salernitana” QOL/QOL
“Salernitana” A seriyasına 3 oyundan 4 xal toplamaqla başlayıb. Bu oyunlarda qapısında cəmi 1 qol görüb. Rəqib qapılarına 4 dəfə yol tapıb. “Bolonya” isə ilk turdan autsayder təsiri bağışlayır. Üç matçda 1 xal toplayan qonaqlar 5 dəfə mərkəzə dəvət olunub.