Sürpriz kupon – 01.09.2022

Sürpriz kupon – 01.09.2022

“Lester” – “Mançester Yunayted” QOL/QOL
İngiltərə premyer liqası sürprizlərlə başlayıb. İlk turlarda iddialılar xal itirməklə proqnozları alt-üst edir. Fikrimcə Ronaldo və Kazemiro Mançester təmsilçisinə qələbə qazandırmağa çalışacaq. “Lester” isə evdə meydanı qolsuz tərk etməyəcək.

“Anderlext” – “Gent” QOL/QOL
Belçika çempionatında 6-cı tura start verilir. Hər iki komanda 5 oyunda 9 qol vurmaqla diqqəti cəlb edir. Meydan sahibləri 9 xalla 6-cı, “Gent” isə 8 xalla 9-cu yerdədir. Fikrimcə komandalar qol\qol seçimini doğruldacaq.

“Alkmar” – “Neymegen” 1
Niderland çempionatında 4-cü tur maraqlı oyunla təqdim olunur. Bir tərəfdə maksimum nəticə əldə edən “Alkmar” digər tərəfdə isə 3 oyunda 4 xal toplayan “Neymegen”. Son dəfə qonaqlar “Alkmar” üzərində 5 il əvvəl qələbə qazanıb.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 01.09.2022

Növbəti yazı

Günün şansı – 01.09.2022