Günün kuponu – 01.03.2022
“Börnli” – “Lester” – QOL/QOL [nowbetnow-dynamic dyn_code=1189]
Təhlükəli zonada olan “Börnli” Premyer Liqada qalmaq uğrunda mübarizə aparır. “Liverpul” məğlubiyyətindən sonra komanda 3 oyundur ki, uduzmur. Bu 3 görüş arasında “Tottenhem” üzərində minimal hesablı qələbə də var. “Lester” ötən həftə Konfrans Liqasında növbəti mərhələyə vəsiqə qazandı. Amma baş məşqçi Brendan Rocersi narahat edən məqam bir neçə aparıcı futbolçunun zədə səbəbindən xeyli vaxtdır, oynamamasıdır. “Lester” çempionatda 5 oyundur ki, qələbə qazana bilmir. “Börnli” ilə səfər matçı onlar üçün dönüş nöqtəsi ola bilər. Amma bu komandalar arasında son 6 görüş qol/qolla yekunlaşdığından, bu dəfə də qarşılıqlı qollar gözləməyinə dəyər.
“Middlsbro” – “Tottenhem” – 2 [nowbetnow-dynamic dyn_code=1190]
“Middlsbro” FA Cup-ın ötən mərhələsində sensasiya edərək “Mançester Yunayted”i mübarizədən kənarlaşdırdı. Amma inanmıram ki, “qırmızılar” bu dəfə də Premyer Liqa klubundan üstün olsunlar. “Tottenhem” ardıcıl 5 məğlubiyyətdən sonra ötən tur səfərdə “Lids”in qapısından 4 cavabsız top keçirdi. Hazırda Antonio Kontenin komandası 7-ci pilləyə enərək, ÇL-ə vəsiqə verən yerlərdən uzaq düşüb. Amma “Lids” qələbəsi London klubunun futbolçularına inam verməlidir.
“İnter” – “Milan” – QOL/QOL [nowbetnow-dynamic dyn_code=1191]
Əbədi rəqiblər bu dəfə İtaliya kubokunun yarımfinalında üz-üzə gələcəklər. Bu aralar hər iki komandanın A seriyasında işləri yaxşı getmir. “Milan” son iki oyunda heç-heçə edərək, 2 xal toplayıb. “İnter” isə “Liverpul”la ÇL matçını da saysaq, 4 oyundur qələbə qazana bilmir. Kubok qarşılaşması olduğundan hər iki baş məşqçinin heyətdə rotasiyalar etməsi mümkündür. “Derby della Madonnina”da son 6 oyunun 5-də qarşılıqlı qollar olub. Bu dəfə də Milan derbisindən qol/qol gözləyirəm.