Gündoğan İngiltərə yolunda

Gündoğan İngiltərə yolunda

İlkay Gündoğan “Barselona”nı tərk edir. O, “Mançester Siti”yə dönməyə yaxındır.

Almaniyalı futbolçu İngiltərə klubu ilə razılığa gəlib. İlkay “Barselona”nı azad agent statusu ilə tərk edəcək və Premyer Liqa təmsilçisinə pulsuz keçəcək. O, mançesterlilərlə 2025-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayacaq.

Qeyd edək ki, Gündoğan 2016-23-cü illərdə də “şəhərlilər”in formasını geyinib.

ETOPAZ

Əvvəlki yazı

Qallaher “Atletiko”da

Növbəti yazı

“Sportinq”dən “Sauthempton”a