Fransa yığmasının futbolçusu 73 yaşında öldü
Fransa millisinin və PSJ-nin sabiq futbolçusu Jan-Pyer Adams vəfat edib. O, 73 yaşında dünyasını dəyişib. 1981-ci ildə 33 yaşında futbolçu karyerasını başa vuran Adams bir il sonra dizindən əməliyyat zamanı həkim səhvi üzündən komaya düşüb. 39 il komada olan Jan-Pyerə həyat yoldaşı Bernadett qulluq edib.
Adams karyerası ərzində PSJ, “Nim”, “Nitsa” və digər klublarda çıxış edib. O, millinin müdafiəçisinin mərkəzində Marius Trezorla birgə oynayıb.