Günün kuponu

Günün kuponu

İslandiya – Almaniya 2
Son iki oyunda rəqib qapısına 53 zərbə vuran Almaniya axşamkı matçda da favoritdi. Maraqlıdır ki, İslandiya son iki turda qapısına doğru 39 zərbə buraxıb. Yenilənən bundestimin qələbəsinə inanıram. İslandiya hazırda almanlara ciddi problem yaradacaq gücdə deyil. Bir sözlə Almaniya deyirəm
Yunanıstan – İsveç 2
17 il əvvəl Avropa çempionluğuyla qitəni təəccübləndirən Ellada təmsilçiləri Otto Rehagelin dövründəki komanda deyil. Son dəfə 2014-cü ildəki mundialda iştirak edən Yunanıstan millisinin növbəti dünya çempionatında iştiraki real deyil. Seçmə mərhələdə bütün xallarını heç-heçəylə qazanan yunanların axşam məğlubiyyəti qaçılmazdı. Son 10 oyunda uduzmayan İsveç favorit olduğunu oyunda da göstərəcək.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu

Növbəti yazı

Fransa yığmasının futbolçusu 73 yaşında öldü