Ronaldo: “Mbappe sanki “Formula-1” pilotudur”

Ronaldo: “Mbappe sanki “Formula-1” pilotudur”

Braziliyalı futbol əfsanəsi Ronaldo Killian Mbappe barədə yüksək fikirdədir. “Yekədiş” ləqəbli cənubi amerikalı Fransa millisinin və PSJ-nin hücumçusu barədə fikirlərini açıqlayıb. O, 22 yaşlı hücumçunu özünə bənzədib: “Mbappenin xüsusiyyətləri məndə olduğu kimidir. Onun ağlasığmaz keyfiyyətləri, möhtəşəm sürəti var. O, hətta yüksək sürətlə hərəkət edəndə də bu texnikasından yararlana bilir. Müdafiəçilərin yanından elə şığıyır ki, sanki “Formula-1” pilotudur. Hələ gəncdir, amma böyük yol qət edib. Killiandan xoşum gəlir, onu dəstəkləyirəm.

ETOPAZ

Əvvəlki yazı

Fransa yığmasının futbolçusu 73 yaşında öldü

Növbəti yazı

Kanadalı gənclər yarımfinalda