FİFA-dan ağır şərt

FİFA-dan ağır şərt

FİFA Jan-Kevin Ogüstenin şikayətinə baxıb. Qurum “Lids”in 24,5 milyon funt sterlinq ödəməsi ilə bağlı qərar çıxarıb.

2020-ci ilin yanvarında “Leypsiq”dən icarəyə götürülən fransalı cəmi 3 matça çıxıb. Yayda Ogüsten Almaniya klubuna qayıdıb.

Sonradan bəlli olub ki, müqavilədəki bəndə görə İngiltərə klubu onu transfer etməli imiş. Çünki komanda Çempionşipdən Premyer Liqaya yüksəlib.

Həmin məsələ üçün şikayət edən “Leypsiq” 15,5 milyon funt alıb. Ogüstenin özü də FİFA-ya müraciət edib. Ona həftəlik 90 min funt olmaqla 5 illik müqavilənin məbləği ödənilməlidir.

Qeyd edək ki, futbolçu hazırda “Bazel”də çıxış edir.

ETOPAZ

Əvvəlki yazı

Lenard və Portis ən yaxşı seçildi

Növbəti yazı

Asensio “Real”da qalır