Fernandeş “Milan”ın hədəfində

Fernandeş “Milan”ın hədəfində

“Milan” orta xəttini gücləndirmək üçün çalışmalarını davam etdirir. Klub “River Pleyt”in yarımmüdafiəçisi Enzo Fernandeşi heyətinə qatmaq istəyir.

21 yaşlı futbolçu “Milan”ın ikinci variantıdır. Əgər “Lill”dən Renato Sançeş başqa klubu seçsə, italiyalılar o zaman Enzonu alacaq. Sançesin PSJ-yə keçəcəyi bildirilir.

“Milan” Fernandeş almaq üçün “Benfika” ilə rəqabət aparacaq. “River Pleyt” yarımmüdafiəçini buraxmaq istəmir, lakin müqaviləsinin 25 milyon avroluq sərbəst buraxılma maddəsi işə salına bilər.

ETOPAZ

Əvvəlki yazı

“Napoli”də Kulibalinin əvəzedicisi

Növbəti yazı

Neymar “Yuventus” yolunda