Felipeyə 2 illik təklif

Felipeyə 2 illik təklif

“Atletiko” futbolçusu Felipeni heyətində saxlamağa qərar verib. Müqaviləsi yayda başa çatacaq mərkəzi müdafiəçisinə yeni anlaşma təklif olunub.

Madrid təmsilçisi 32 yaşlı braziliyalı ilə 2 illik müqavilə imzalamağı planlaşdırır. Felipe təklif qəbul etsə, 2024-cü ilin yayına qədər İspaniya klubunda qalacaq.

Qeyd edək ki, müdafiəçi cari mövsümün 14 oyununda 2 qol və 1 assistə imza atıb.

ETOPAZ

Əvvəlki yazı

“Çelsi”də iki itki

Növbəti yazı

Tayrizdən rekord: 17 ötürmə