Eysebionun rekordu təkrarlandı

Eysebionun rekordu təkrarlandı

“Benfika”nın futbolçusu Joao Mario Çempionlar Liqasında ardıcıl 5-ci oyunda qol vurub. 30 yaşlı futbolçu 1/8 finalın “Brügge” ilə cavab matçında fərqlənib. Bu qarşılaşmada portuqaliyalılar 5:1 hesablı qələbə qazanıb.

Bununla da Joao “Benfika”nın turnirdəki rekordunu təkrarlayıb. 1963/64 mövsümündə Eysebio ardıcıl 5 matçda qol vurub.

Qeyd edək ki, Joao 14 qolla Portuqaliya çempionatının bombardirləri yarışında da liderlər sırasındadır. O, ikinci göstəriciyə malıkdır.

ETOPAZ

Əvvəlki yazı

“Bavariya”da Kanselo qərarı

Növbəti yazı

Vinisius “Real”la müqaviləni uzatmadı