Elvin Cəfərquliyev “100”ə çatdı

Elvin Cəfərquliyev “100”ə çatdı

“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib. 24 yaşlı yarımmüdafiəçinin yubileyi Azərbaycan Premyer Liqasının XXIV turunun “Sumqayıt”la matçında gerçəkləşib.

Start heyətində meydana çıxan Elvin sabiq komandası ilə görüşdə “100”ə çatıb. 2019/20 mövsümündə “Sumqayıt”ın futbolçusu kimi Premyer Liqada ilk matçına çıxan yarımmüdafiəçi 17 oyunda 2 qol vurub. “Qarabağ”da 83 oyuna çıxan futbolçu 6 dəfə fərqlənib.

Qeyd edək ki, “Qarabağ” – “Sumqayıt” matçında meydan sahibləri 2:0 hesabı ilə qalib gəliblər.

ETOPAZ

Əvvəlki yazı

Günün şansı – 27.02.2024

Növbəti yazı

Nağıyev 200-cü oyununu keçirdi