Dzeko Ronaldonun məhsuldarlığını təkrarladı

Dzeko Ronaldonun məhsuldarlığını təkrarladı

“İnter” İtaliya A seriyasının VII turunda “Sassuolo”ya qalib gəlib. 2:1 hesablı səfər qələbəsində bir qolla pay sahibi olan Edin Dzeko Milan təmsilçisindəki məhsuldarlığını davam etdirib.

Bosniya və herseqovinalı hücumçu “İnter”də keçirdiyi ilk 7 çempionat oyununda vurduğu qolların sayını 6-ya çatdırıb. Bu klub üçün son 24 ilin rekordudur.

Milan təmsilçisində debütündə belə məhsuldarlığa imza atan sonuncu futbolçu Ronaldo olub. Braziliyalı ulduz 1997/98 mövsümündə ilk 7 matçda 6 dəfə fərqlənib.

Xatırladaq ki, Dzeko “İnter”ə bu yay azad agent kimi keçib.

ETOPAZ

Əvvəlki yazı

Onsdan mövsümün rekordu

Növbəti yazı

“Barselona”dan antirekord