Onsdan mövsümün rekordu

Onsdan mövsümün rekordu

Dünyanın 16-cı raketkası Ons Jaber mövsümün rekorduna imza atıb. Tunis təmsilçisi 2021-ci ildə ən çox qələbə qazanan qadın tennisçi olub.

O, Çikaqoda keçirilən turnirin yarımfinalında Yelena Rıbakinaya qalib gəlib. Sonuncu 4:6, 2:3 hesabı ilə uduzduğu görüşü davam etdirməyib.

Bu, Onsun mövsümdə 44-cü qələbəsi olub. Tunisli tennisçi bir qələbəsi az olan Arina Sobolenkonu arxada qoyub.

Jaber turnirin finalında Qarbinye Muqurusa ilə qarşılaşacaq. Çikaqodakı çempionluq onu reytinqdə 12-ci pilləyə daşıyacaq. Ons bu matçda uduzsa, 14-cü sıraya yüksələcək.

ETOPAZ

Əvvəlki yazı

Suaresdən unikal göstərici

Növbəti yazı

Dzeko Ronaldonun məhsuldarlığını təkrarladı