“Barselona”dan antirekord

“Barselona”dan antirekord

İspaniya “Barselona”sı cari mövsümün bütün turnirlərdə keçirdiyi 9 oyununda cəmi 3 qələbə qazanıb. La Liqada “Atletiko”ya 0:2 hesabı ilə uduzan Ronald Kumanın yetirmələrinin hesabında 3 heç-heçə və 3 məğlubiyyət də var.

Bu, “Barselona”nın son 34 ilin antirekordudur. Kataloniya təmsilçisi sonuncu dəfə 1987/88 mövsümündə belə startla üzləşib.

Həmin vaxt komanda ilk 9 oyunda 3 qələbə qazanıb və 6 dəfə uduzub. Barselonanın eyniadlı təmsilçisi 1987/88 mövsümündə çempionatı 6-cı yerdə başa vurub.

“Barselona” ardıcıl üçüncü çempionat matçında “Atletiko”nun qapısına yol tapmayıb. Bu, tarixdə ilk belə seriyadır. 2020-ci il noyabrın 11-də 0:1 hesabı ilə uduzan kataloniyalılar bu il mayın 8-də qolsuz sülhə imza atıb.

ETOPAZ

Əvvəlki yazı

Dzeko Ronaldonun məhsuldarlığını təkrarladı

Növbəti yazı

Sobolenko koronavirusa yoluxdu