Dzeko Ronaldonu keçdi
Edin Dzeko İtaliya Superkubokunda qol vuran ən yaşlı futbolçu olub. “İnter”in hücumçusu “Milan”la görüşdə (3:0) fərqlənib.
Bosniya və herseqovinalı forvard 36 yaş 307 günlüyündə qol sevinci yaşayıb. O, Kriştiano Ronaldonun rekordunu yeniləyib.
Portuqaliyalı “Yuventus”da oynadığı vaxt 35 yaş 350 günlüyündə fərqlənib. O, “Napoli”nin qapısına yol tapıb – 2:0.