“Çelsi”dən yeni rekord

“Çelsi”dən yeni rekord

İngiltərə Premyer Liqasında yeni rekord qeydə alınıb. “Çelsi” mövsümlük transfer xərclərində ən yüksək göstəriciyə imza atıb.

London klubu cari mövsüm transferlərə 372 milyon funt sterlinq xərcləyib. Bu, Premyer Liqa tarixində yeni rekorddur.

Bunadək ən çox xərcə “Mançester Siti” düşmüşdü. “Şəhərlilər” 2017/18 mövsümündə 328 milyonluq transfer edib.

“Çelsi”nin əvvəlki rekordu isə 290 milyon idi. Bu rəqəm 2017/18 mövsümündə qeydə alınıb.

Cari mövsüm 372 milyonluq oyunçu alan “Çelsi” potensial bonus kimi daha 51 milyon ödəyə bilər.

ETOPAZ

Əvvəlki yazı

Dzeko Ronaldonu keçdi

Növbəti yazı

Kariusun taleyinə aydınlıq gəldi