Dünya çempionatına daha bir vəsiqə müəyyənləşdi

Dünya çempionatına daha bir vəsiqə müəyyənləşdi

Dünya çempionatına vəsiqə qazanan daha bir komanda müəyyənləşib. Seçmə mərhələnin KONKAKAF zonası üzrə XIII tur matçında Yamaykanı 4:0 hesabı ilə məğlub edən Kanada yığması mundialda iştirak hüququna yiyələnib.

Torontodakı qarşılaşmadan sonra 28 xalla turnir cədvəlinə başçılıq edən Kanadanın ilk “üçlüy”ü tərk etməyəcəyi dəqiqləşib. Bununla kanadalılar 36 illik həsrətə son qoyub. Buna qədər komanda birinci və sonuncu dəfə 1986-cı ildə mundialda iştirak edib, qrup mərhələsinin hər üç görüşündə məğlub olub.

Qeyd edək ki, DÇ-2022-nin final mərhələsi noyabrın 21-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 28.03.2022

Növbəti yazı

İrvinq mövsümdə ilk oyununa çıxdı