Sürpriz kupon – 28.03.2022
“Brown de Adrogue” – “Almagro” – QOL/QOL
Argentina Milli Primeroda meydan sahibləri ilk üçlüyü qapayır. “Almagro” isə 7 turda cəmi 10 xal toplayıb və 12-cı sıradadır. Tərəflərin son duelində “Almagro” 5-0 hesablı inamlı qələbə qazanıb. İlk turlarda inamlı təsir bağışlamasa da, “Almagro”dan gözləntilər böyükdü.
“Deportivo Tristan Suarez” – “Quilmes” – ÜST2.5
Qonaqlar 13-cü pillədə qərarlaşıb. “Tristan Suarez” isə 34-cü pillədədir. İlk 6 turda qapısında 10 qol görüb. Maraqlıdır ki, “Tristan Suarez”in son ev oyunları mütləq qaydada ÜST3.5 əmsalını doğruldur. Digər tərəfdən “Quilmes”in müdafiə xəttində problemlərinin olduğunu unutmayaq.
“Estudiantes de Kaseros” – “Atletiko Temperley” – QOL/QOL
Bərabər səviyyəli komandaların oyunu olacaq. Turnir cədvəlində 15 və 23-cü yerlərdə qərarlaşmaqlarına baxmayaraq cəmi 2 xal fərq yaranıb. Hər iki komanda risk etməyi sevmir, müdafiədə çox diqqətli oyunla seçilir.