Donçiçdən yeni müqavilə

Donçiçdən yeni müqavilə

“Dallas”ın basketbolçusu Luka Donçiç “WME Sports” ilə müqavilə imzalayıb. Bu şirkət 22 yaşlı sloveniyalıya biznes layihələrini həyata keçirməkdə kömək edəcək.

“WME Sports” Donçiçin meydandan kənardakı işlərini də həyata keçirəcək. Şirkət basketbolçunun öz şəxsi brendinin hazırlanması və inkişafını da üzərinə götürüb.

Donçiç bu yay “Dallas”la maksimal müqavilə uzadıb. O, 5 ildə 207 milyon dollar qazanacaq.

ETOPAZ

Əvvəlki yazı

“Bavariya” Levandovski ilə müqaviləni uzadır

Növbəti yazı

“Milan”dan Stefano Pioliyə yeni təklif