Di Mariya Messini keçdi

Di Mariya Messini keçdi

“Yuventus”un yarımmüdafiəçisi Anxel Di Mariya Çempionlar Liqasında assist sayına görə həmyerlisi Lionel Messini qabaqlayıb. Argentinalı futbolçu qrup mərhələsinin III turunda Hayfa “Makkabi”si ilə görüşdə 3 məhsuldar ötürmə verib.

Komandasının 3:1 hesablı qələbəsinin memarı olan Di Mariya ÇL-dəki assist sayını 38-ə çatdırıb və ikinci pillədə yer alan PSJ-nin hücumçusu Lionel Messini üstələyib. Leonun aktivində 37 məhsuldar ötürmə var.

Siyahıya “Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo başçılıq edir. Portuqaliyalı superulduz Çempionlar Liqasında 42 məhsuldar ötürmə verib. Dördüncü pillədə isə PSJ-nin digər hücumçusu Neymar (32) qərarlaşıb.

ETOPAZ

Əvvəlki yazı

“Çelsi” və “Mançester Siti”dən böyükhesablı qələbə

Növbəti yazı

Ançelotti Ferqyusonun rekordunu təkrarladı