De Byazi: “Bu görüşdə daha istəkli olmalı idik”

De Byazi: “Bu görüşdə daha istəkli olmalı idik”

Malta – Azərbaycan oyunundan (1:0) sonra millimizin baş məşqçisi Canni de Byazinin mətbuat konfransı keçirilib. Sizi italiyalı mütəxəssisin fikirləri ilə tanış edirik:

“Çox narazı qaldım. Daha çox şey gözləyirdim. İstədiyimiz oyunu göstərə bilmədik. Futbolçulardan daha artığını gözləyirdim. Nəticə qazanmaq üçün bundan yaxşı oyun göstərməli idilər. Bəzi oyunçular bir neçə məşq keçib. Hər şey istədiyimiz kimi alınmadı. Bəzi vacib olan futbolçulardan daha çox şey gözləyirəm. Ən azından meydanda vuruşurduq. Bugünkü rəqib bizlə eyni səviyyədədir. Bu görüşdə daha istəkli olmalı idik. Qapıçıdan razı qaldım. Digərlərindən qeyri-adi heç nə görmədik. Udmaq üçün meydanda daha yaxşı, daha cəld olmalıyıq. Hamımız ümid etməli, yığmadan yaxşı şeylər gözləməliyik. Belə qarşılaşmalar bizim üçün yaxşı dərs olmalıdır”.

Qeyd edək ki, millimiz Ta Qalidəki görüşdə 0:1 hesabı ilə uduzub.

ETOPAZ

Əvvəlki yazı

Millimiz məğlub oldu

Növbəti yazı

Fransadan yeni rekord