Fransadan yeni rekord
Fransa millisi Fil Dişi Sahili ilə yoldaşlıq oyununda 2:1 hesabı ilə qalib gəlib. “Üçrənglilər”in heyətində Olivye Jiru və Orelyen Tçuameni fərqlənib.
Didye Deşamın yetirmələri ardıcıl 19-cu matçda qol sevinci yaşayıb. Bu, Fransa yığmasının tarixində rekorddur.
Bu müddətdə komanda 42 dəfə rəqib qapısına yol tapıb. Martın 29-da Fransa CAR-la yoldaşlıq oyunu keçirəcək.