DÇ-2022: Qrup mərhələsində son oyunlar

DÇ-2022: Qrup mərhələsində son oyunlar

Bu gün DÇ-2022-nin qrup mərhələsinə yekun vurulacaq. Qətərdəki mundialın 13-cü günündə 4 oyun baş tutacaq.

G və H qruplarında 1/8 finala ikinci vəsiqə sahibini tapacaq. Hər iki qrupda mübarizəni davam etdirəcək bir komanda bəllidir.

H qrupunda ardıcıl iki qələbə qazanan Portuqaliya Cənubi Koreya ilə üz-üzə gələcək. Digər matçda Uruqvayla Qana görüşəcək. İki qələbə ilə G qrupunun lideri olan Braziliya Kamerunu sınağa çəkəcək. Serbiya ilə İsveçrə isə öz aralarında güclünü müəyyənləşdirəcək.

Qeyd edək ki, 1/8 final mərhələsinə sabah start veriləcək.

DÇ-2022
Qrup mərhələsi
III tur, 2 dekabr
H qrupu
19:00. Cənubi Koreya – Portuqaliya
“Edyukeyşn Siti” stadionu
19:00. Qana – Uruqvay
“Al Janub” stadionu

G qrupu
23:00. Kamerun – Braziliya
“Lusail” stadionu
23:00. Serbiya – İsveçrə
Stadion 974

ETOPAZ

Əvvəlki yazı

1/8 finalın növbəti cütləri müəyyənləşdi

Növbəti yazı

“Çelsi” önə keçdi